“Qəbələ“ ilk transferini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ“ ilk transferini açıqladı

İdman

09 İyun 2021 17:19 1455


2021-2022 mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.

Yenisabah.az xəbər verir ki, “qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

2019-21-ci illərdə “Səbail”in şərəfini qoruyan Abbasov iki illik fasilədən sonra "Qəbələ"yə qayıdıb. 2011-19-cu illərdə bölgə klubunda forma geyinən müdafiəçi klub tarixində ən çox oyun keçirən futbolçudur. Toyuqlu pizza

O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!