“Qəbələ” ilk transferini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” ilk transferini açıqladı

İdman

23 İyun 2023 23:11 836


"Qəbələ" mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Ahmed Ayzayanı heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı oyunçu ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz"in formasını geyinib. "Zirə"də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub. Sezar pizza

Qeyd edək ki, Ahmed Ayzaya karyerası ərzində Portuqaliyalının "Ribeyrao", "Oliveyrense", "Vilaverdense", "Jil Visente", "Varzim" və "Sportinq Kovilya" klublarında da çıxış edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!