“Qəbələ” kapitanı ilə bağlı qərarını verdi 

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” kapitanı ilə bağlı qərarını verdi 

İdman

10 İyun 2024 13:25 409


Növbəti mövsümdən Azərbaycan 1-ci liqasında mübarizə aparacaq "Qəbələ" kapitanı Asif Məmmədovla bağlı qərar verib. 

Bu barədə QOL.az saytına açıqlamasında 37 yaşlı yarımmüdafiəçi özü bildirib. O, "Qəbələ" ilə başa çatan müqaviləsini yeniləyəcəyini deyib: "Neçə illərdir ki, bu komandadayam. Bundan sonra da "Qəbələ"nin 1-ci liqadan Premyer Liqaya yüksəlməyi üçün əlimdən gələni edəcəyəm. Bizim aramızda müqavilə söhbəti olmur. Hələlik rəsmi sözləşmə imzalamamışıq. Amma komandada qalacağam". 

Qeyd edək ki, "Qəbələ" Premyer Liqanın 2023/24 mövsümündə 10-cu yeri tutduğu üçün elitanı tərk edib.  Dominos pizza

Xatırladaq ki, Asif Məmmədov 2015-ci ildən əyalət təmsilçisinin futbolçusudur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!