“Qəbələ“ millinin sabiq qapıçısını heyətinə qatdı

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ“ millinin sabiq qapıçısını heyətinə qatdı

İdman

25 İyul 2023 21:08 717


Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Yenisabah.az kluba istinadla xəbər verir ki, “qırmızı-qaralar” qapıçı Rəşad Əzizlinin keçidini rəsmiləşdirib. 29 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.

Əzizlinin son klubu “Şamaxı” olub. O, bunadək “Rəvan”, AZAL, “Səbail”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin formasını geyinib. Dördpendirli pizza

Qapıçı Azərbaycan milli komandalarında da çıxış edib. Əzizli U-17 və U-19 yığmalarının şərəfini qoruyub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!