“Qəbələ”-“Olimpiakos” oyununun vaxtı və yeri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ”-“Olimpiakos” oyununun vaxtı və yeri açıqlandı

İdman

30 Oktyabr 2023 13:53 1054


“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi oyunların vaxtı və yeri müəyyənləşib. 

Yenisabah.az xəbər verir ki, Yunanıstan təmsilçisi “Olimpiakos”a qarşı noyabrın 8-də baş tutacaq ilk matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Görüş saat 16:00-da başlayacaq.

Cavab oyunu noyabrın 29-da Pireydə keçiriləcək. Matç “Olimpiakos” Məşq Mərkəzində baş tutacaq. Yunanıstandakı qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:00-da veriləcək. Marqarita pizza

Qeyd edək ki, “Qəbələ” ilk mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarizədən kənarlaşdırıb – 1:1, 1:0. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!