“Qəbələ” - “Qarabağ” oyunu təxirə salındı 

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” - “Qarabağ” oyunu təxirə salındı 

İdman

18 Yanvar 2024 16:53 1228


Misli Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilməli olan “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.  Məlumatda bildirilib: 

“Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Misli Premyer Liqasının 23-cü turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat yerləşdiriləcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq".  Dominos pizza

Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" oyununun fevralın 18-də keçirilməsi nəzərdə tutulurdu. 

Əlavə edək ki, "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq. İlk görüş fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!