Bu gün Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
"Yeni Sabah" xəbər verir ki, son oyun günündə iki oyun baş tutub. Qış fasiləsindən sonra uğursuz zolaqdan çıxa bilməyən iki komanda üz-üzə gəlib. "Zirə" öz meydanında autsayder "Qəbələ"ni qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb.
Digər oyunda isə "Səbail" "Neftçi"nin qonağı olub. Qonaqlar öz qapılarına vurduqları qolla hesabda geriyə düşsələr də, oyunun əsas vaxtına artırılmış 2-ci dəqiqədə Rauf Əliyev komandasına 1 xal qazandırıb.
1 mart
15:00. "Zirə" – "Qəbələ" - 1:2
Qollar: İlkin Muradov, 21, - Fernan Lopes, 80, Rövlan Muradov, 87
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu
17:00. "Neftçi" – "Səbail" - 1:1
Qol: Eriko da Silva, 55 (ö.q) - Rauf Əliyev, 90+2
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Vüqar Həsənli
"Bakcell Arena" Telegram kanalımız