“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

“Qəbələ” UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

İdman Veb saytların hazırlanması

29 Noyabr 2023 22:09 866


“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv turnirin II mərhələsində Yunanıstanda “Olimpiakos”un qonağı olub.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 4:0. Qəbələdə gerçəkləşən ilk matçda rəqibinə 3:0 hesabə ilə məğlub olan “qırmızı-qaralar” mübarizəni dayandırıb.

Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib - 1:1, 1:0.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!