“Qəbələ“ UEFA Gənclər Liqasında mübarizəyə başlayır

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ“ UEFA Gənclər Liqasında mübarizəyə başlayır

İdman

29 Sentyabr 2021 10:30 725


Bu gün “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Yenisabah.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda Çempionlar Yolunda Niderland təmsilçisi AZ ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionundakı görüş saat 17:00-da başlayacaq.

Bu, “Qəbələ”nin turnirdə 4-cü startıdır. 2016/2017-ci illər mövsümündə Rusiyanın “Dinamo” (Moskva) klubunu keçə bilməyən (0:2, 0:5) “qırmızı-qaralar” 2 il sonra Gənclər Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu olub. Komanda 2018/2019-cu illər mövsümündə öncə Moldova “Şerif”i (1:1, 3:1), ardınca Almaniya “Herta”sı ilə (1:3, 0:1) görüşüb. Dördpendirli pizza

Əyalət klubu 2019/2020-ci illər mövsümündə Kipr APOEL-inə uduzaraq, mübarizəni dayandırıb - 1:1, 0:1. Ötən il Şimali Makedoniya “Şkendiya”sı ilə qarşılaşma mövsümün koronavirus pandemiyası üzündən ləğvi nəticəsində baş tutmayıb. (report)

Çempionlar yolu

I mərhələ, ilk oyun

29 sentyabr

17:00. “Qəbələ” (Azərbaycan) – AZ (Niderland)

Baş hakim: Viktor Kopiyevski (Ukrayna)

Qəbələ şəhər stadionu

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü oktyabrın 19-da “AZ Təlim-Məşq Mərkəzi”ndə baş tutacaq. Cütün qalibi növbəti raundda “Csikszereda" (Rumıniya) - "Anje" (Fransa) duelinin güclüsü ilə görüşəcək. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!