Siyəzən, Qəbələ və Kürdəmirə ballistik raketlər atılıb

saytların hazırlanması

Evə çatdırılma

Siyəzən, Qəbələ və Kürdəmirə ballistik raketlər atılıb

Hadisə

22 Oktyabr 2020 10:01 2031


Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə  ballistik raketlər atıb.

Yenisabah.az Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb. pizza

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!