“Qəbələ” və “Neftçi”nin Avroliqadakı potensial rəqibləri bilindi

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” və “Neftçi”nin Avroliqadakı potensial rəqibləri bilindi

İdman

22 İyul 2019 14:27 1110


Bu gün Avropa Liqasında da 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

“Yeni Sabah” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizin Avroliqadakı təmsilçiləri “Qəbələ” və "Neftçi"nin də potensial rəqibi məlum olub. "Qəbələ" 2-ci mərhələdə Tbilisi "Dinamo"sunu keçsə, Hollandiyanın "Feyenoord" klubu ilə üz-üzə gələcək.

"Neftçi" "Sperantsa"nı keçsə, İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq. Marqarita pizza

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 8-də, cavab qarşılaşmaları isə 15-də keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!