Azərbaycan Premyer Liqasının XXIX turunda “Qəbələ” klubu “Zirə”ni qəbul edib.
Yenisabah.az xəbər verir ki, turun açılış oyununda Qəbələ şəhər stadionunda baş tutan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarının sayını 39-a çatdıran “Qəbələ” komandası “Zirə”ni qabaqlayaraq dördüncü pilləyə yüksəlib. 38 xalı olan paytaxt klubu isə beşinci sıraya geriləyib. pizza mizza
“Qəbələ” – “Zirə” - 2:1
Qol: Ramon Maçado, 58, Xuan Renato, 79 - Eldar Quliyev, 69
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Fərid Hacıyev
Qəbələ şəhər stadionu
Telegram kanalımız