Misli Premyer Liqasında 5-ci turun oyunları davam edir.
Yenisabah.az xəbər verir ki, bu gün nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. Lider "Zirə" səfərdə "Qəbələ" ilə qarşılaşıb. "Zirə" bu oyunadək 4 matçın hamısında qalib gəlsə də, bu qarşılaşmada 0:1 hesabı ilə uduzub. "Qəbələ" isə ölkə çempionatından 4 matçdan sonra ilk qələbəsini qazanıb.
Günün son görüşündə "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Bu komandalar arasında son 9 matçda "Sumqayı" qələbə qazana bilməyib. pizza sifarişi
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
2 sentyabr (şənbə)
18:00. “Qəbələ” – “Zirə” - 1:0
Qol: Rauf Hüseynli, 20
Hakimlər: Cavid Cəlilov, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
Telegram kanalımız