Qəbələdə ağac qənimləri saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Qəbələdə ağac qənimləri saxlanıldı

Kriminal

07 Oktyabr 2021 14:14 1617


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Qəbələ meşələrində ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyatlar keçirib.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstə saxlanııb.

Qəbələ rayonu ərazisindəki Bum və Həmzəli kəndlərinin ətrafında yerləşən meşə massivlərindən ümumilikdə 62 ədəd fıstıq cinsindən olan ağacın kəsildiyi müəyyən edilib. Toyuqlu pizza

Rayon sakinləri Adil Cabbarov və Qasım Qasımovun başçılıq etdiyi dəstənin qanunsuz əməlləri təkzibedilməz faktlarla sübuta yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!