Qəbələdə atışma: Ev sahibəsi və vasitəçi öldürüldü - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Qəbələdə atışma: Ev sahibəsi və vasitəçi öldürüldü - TƏFƏRRÜAT

Hadisə

18 Oktyabr 2024 12:00 521


Oktyabrın 17-də saat 20 radələrində Qəbələnin Zərgərli kəndində 2 nəfərin güllələnərək öldürülməsi, 1 nəfərin isə xəsarət alması hadisəsinin təfərrüatı üzə çıxıb.

Yenisabah.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə kənd sakini Gülsadə Məmmədəliyevanın evinin həyətində baş verib.

Onun oğlunun başqa şəxsə pul borcu olub. Məsələyə onun tanışı Əlibaba Gəncimov qarışıb və qarşı tərəfə borcun vaxtında ödənilməsinə dair söz verib. Lakin G.Məmmədəliyevanın oğlu borcu vaxtında ödəyə bilməyib. Nəticədə onunla Əlibaba arasında narazılıq yaranıb. Sezar pizza

Mübahisənin münaqişəyə çevrilməsindən sonra Əlibaba Gəncimov tüfəng götürərək G.Məmmədəliyevanın yaşadığı evə gəlib. O, əvvəlcə G.Məmmədəliyevaya atəş açıb. Bunu görən qadının 23 yaşlı nəvəsi Nurlan Məmmədəliyev evdən tüfəng götürərək Əlibabanı güllələyib.

Atışma nəticəsində Ə.Gəncimov ölüb. Nurlan özü də müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!