Qəbələdə meyiti tapılan şəxslə bağlı yeni detallar məlum olub.
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında rayonun Aydınqışlaq kəndində taxta sexinin ərazisində 1985-ci il təvəllüdlü Tural Abdurahmanovun meyiti aşkar edilib. Meyitin müayinəsi zamanı müəyyən edilib ki, boyun damarı kəsilib. Onun intihar etdiyi ehtimal edilir.
T.l Abdurahmanovun son 3-4 il ərzində alkoqol asılığından və psixi pozuntulardan əziyyət çəkdiyi bildirilir. pizza sifarişi
O, kənddə qəssab işləyib. T. Abdurahmanov bu gün səhər saatllarında ailə üzvləri ilə vidalaşarq bıçaq götürərək yaxın dostunun həyətində heyvan kəsmək adı ilə evdən çıxıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız