“Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.
Yenisabah.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Məlumata görə, Rakif Əliyev “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. Toyuqlu pizza
O, Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Əliyev komandada məşqçi-analitik kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, əvvəllər “Qəbələ”nin akademiyasında da fəaliyyət göstərmiş mütəxəssisin son iş yeri baş məşqçi kimi çalışdığı “Qarabağ”ın U-15 komandası olub.
Telegram kanalımız