“Qəbələ”dən yeni transfer

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ”dən yeni transfer

İdman

02 İyul 2023 23:09 1205


“Qəbələ” növbəti transferini gerçəkləşdirib. 2023/24 mövsümünün transfer çalışmalarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb.

Yenisabah.az xəbər verir ki, 28 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.

Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidir. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!