Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Yenisabah.az xəbər verir ki, “qırmızı-qaralar” Samuel Tettehin keçidini gerçəkləşdiriblər. 27 yaşlı qanalı hücumçu ilə iki mövsümlük müqavilə imzalanıb.
Samuelin son klubu “Adanaspor” olub. 2021-ci ildən Türkiyə təmsilçisində forma geyinən forvard icarə əsasında “Bandırmaspor”da (2023) da çıxış edib. pizza
Qananın U-20 yığmasında da oynamış hücumçu 2015-ci ildən ölkəsinin əsas millisində debüt edib. O, bu komandada 8 matçda 1 qol vurub.
Telegram kanalımız