Qəbələnin bir neçə kəndi sabah qazsız qalacaq

saytların hazırlanması

Evə çatdırılma

Qəbələnin bir neçə kəndi sabah qazsız qalacaq

Sosial

22 May 2025 17:56 312


Sabah saat 10:00-dan etibarən Qəbələ rayonunun bir neçə kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsi rayonun B.Əmili kəndində d-159 mm-lik orta təzyiqli yerüstü qaz xəttində aşkarlanmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar təmir işləri aparacaq.

Təmir işləri başa çatanadək Böyük Əmili, Kiçik Əmili, Zalam, Mamaylı, Ovculu, Bayramkoxa, Hacallı, Şamılı, Çuxur Qəbələ, Dizaxlı, Çarxana, Şəfili, Qaradeyin, Kürd, Savalan və Soltannuxa kəndlərində ümumilikdə 2 919 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. Dominos pizza

Qaz təchizatı təmir işləri başa çatdıqdan dərhal sonra bərpa ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!