Transfer işlərini davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ülvü İsgəndərov qarşıdakı 1 il ərzində "Araz-Naxçıvan"ın formasını geyinəcək.
Karyerası ərzində “Qəbələ” və “Sumqayıt” klublarında çıxış edən 26 yaşlı vinger 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində də çıxış edib. pizza hut
Qeyd edək ki, “Araz-Naxçıvan” bu gün Urfan Abbasovu da heyətinə qatıb.
Xatırladaq ki, Ülvünün son klubu "Qəbələ" olub.
Telegram kanalımız