AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu Ülvi İsgəndərovu iki oyunluq cəzalandırıb.
Yenisabah.az AFFA-nın saytına istinadən xəbər verir ki, komitənin bugünkü iclasında belə qərar qəbul edilib. Buna səbəb hücumçunun Misli Premyer Liqasının 2-ci turunda "Araz-Naxçıvan"la matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alması olub.
Məsələyə görə "Qəbələ" 2000 manat cərimələnib. Sezar pizza
Qeyd edək ki, "Qəbələ" sözügedən matçda "Araz-Naxçıvan"aa 0:2 hesabı ilə uduzub.
Telegram kanalımız