“Qəbələ“nin prezidenti cəbhədən təsirli mesaj göndərdi

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ“nin prezidenti cəbhədən təsirli mesaj göndərdi

İdman

13 Noyabr 2020 15:05 1218


"Qəbələ"nin prezidenti Fariz Nəcəfov Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı qələbə ilə əlaqədar "feysbuk" səhifəsində paylaşım edib.

Yenisabah.az xəbər verir ki, müharibənin iştirakçısı olan funksioner bu münasibətlə Azərbaycan xalqını təbrik edib.

"Böyük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə münasibətilə Ali Baş Komandan başda olmaqla, xalqımızı təbrik edirəm. Bu qalibiyyətin əldə olunmasında qəhrəmanlıqla şəhid​ olan hər bir əsgər və zabitimizin ruhu qarşısında baş əyirəm. pizza sifarişi

Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm. Tarixi zəfərin əldə olunmasında "hər şey cəbhə üçün" devizi altında birləşən və ölçüyəgəlməz ruh yüksəkliyi ilə ordumuzun yanında olan millətimizin hər bir övladı ilə fəxr edirəm.

Qalib Azərbaycan xalqına eşq olsun"!, - Fariz Nəcəfov yazıb.

Fariz Nəcəfov döyüşlərə ehtiyatda olan zabit kimi könüllü qatılıb və hazırda cəbhə bölgəsində xidmətini davam etdirir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!