Yasamal Rayon Polis İdarəsinin əməkdaşları qəbirstanlıqdan qəbir daşlarını oğurlayan mütəşəkkil dəstəni həbs edib.
“Yeni Sabah”ın məlumatına görə, saxlanılan Mustafayev Hacıbaba Mustafa oğlu, Vahabov Sadiq Əbdülqəni oğlu və Yarıyev Natiq İlham oğlu barəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 245-ci (qəbir üzərində təhqiredici hərəkət) etmə maddələri ilə cinayət işi başlanıb. Hər üç şəxs barəsində Yasamal Rayon Məhkəməsinin hakimi Təhminə Xəlilovanın sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri Yasamal qəbirstanlığı kimi tanınan yerdən bahalı qəbir daşlarını sındırıb oğurlamaqla məşğul olublar. Bu barədə Yasamal RPİ-nə bir neçə nəfər şikayət ərizəsi ilə müraciət edib. Dominos pizza
Azər İsrafilov
Telegram kanalımız