Türkiyənin Adana şəhərində baş verən qətl hadisəsi böyük rezonans doğurub. Muzaffer Erkuvanın (23 yaş) intiharından gəlinini və onun ailəsini günahlandıran atası Şemsettin Erkuvan (48), qəbiristanlıqda Güldane Gerçek (20), onun anası Şenay Gerçek (44) və bacısı Gaye Gerçeki (22) odlu silahla öldürüb.
Yenisabah.az xəbər verir ki, məlumata görə, Muzaffer Erkuvan və Güldane Gerçek dini nikahla birlikdə yaşayırmış. Lakin şiddətli münaqişələr səbəbilə Güldane qadın sığınacaq evinə yerləşib. Muzaffer onu geri qaytarmaq üçün ailəsi ilə danışmağa getsə də, Güldane təklifi rədd edib. Bu hadisədən sonra Muzaffer intihar edib. O, özünü asıb.
Muzafferin ölümündə Güldane və ailəsini günahlandıran Şemsettin Erkuvan onları oğlunun məzarını ziyarət edərkən izləyib. Motosikletlə qəbiristanlığa yaxınlaşan qatil silahını çıxararaq üç qadına atəş açıb və hadisə yerindən qaçıb. Dördpendirli pizza
Cinayət yerindən qaçan Şemsettin Erkuvan polisin xüsusi əməliyyatı nəticəsində meşədəki bir oyuqda silahı ilə birlikdə yaxalanıb. Məlum olub ki, o, cinayətdən əvvəl gizlənəcəyi yeri hazırlayıb, özünə yemək və paltar ehtiyatı toplayıb.
Məhkəmədə ifadə verən Şemsettin Erkuvan bildirib ki, oğlu Muzafferin ölümündə gəlini və onun ailəsini günahkar bilir:
"Oğlumu onlar öldürdü. O gün qəbiristanlıqda onlarla qarşılaşdım. Güldanəyə "niyə belə etdin?" dedim. O isə "Oğlun öldü, indi sıra səndədir" cavabını verdi. Əsəbiləşdim və hamısına atəş açdım. Məqsədim onları öldürmək deyildi, peşmanam."
Məhkəmə təqsirləndirilən şəxsə qarşı üç dəfə ömürlük həbs cəzası tələb edib. İş üzrə növbəti məhkəmə iclası üçün qərar verilib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız