Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Qəbiristanlıqdan oğurluq edən şəxs tutuldu

Kriminal

02 Noyabr 2021 14:27 1295


Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ötən gün qəbiristanlıqdan oğurluq edən şəxs tutulub. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaradəmirçi kəndində yerləşən qəbiristanlıqdan oğurluq edən, əvvəllər məhkum olunmuş rayon sakini Elnur Mikayılov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman oradan oğurladığı dəmir barmaqlıqlar maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!