“Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir”  - Komitə sədri

saytların hazırlanması

Evə çatdırılma

“Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir” - Komitə sədri

Sosial

30 Sentyabr 2025 12:36 322


"Nazirlər Kabinetinin nümunəvi qəbiristanlıqlarla bağlı qərarı var. O vaxt biz bunu qanun şəklində qəbul etmək istəyirdik. Hesab edirəm ki, bunu qanun şəklinə salmaq lazımdır".

"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı parlamentin Regional məsələlər komitəsi sədri, deputat Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, yerlərdə nümunəvi qəbiristanlıqlar bələdiyyələrə verilməlidir: "Çünki aztəminatlı ailələrin hamısı bələdiyyələrə müraciət edir. Bələdiyyələr də bunu həyata keçirməlidir, kimin imkanı yoxdur, ona köməklik etməlidir”. pizza sifarişi

Deputat qeyd edib ki, bələdiyyələrdə yaşayış və qeyri-yaşayış obyektlərindən ildə bir dəfə eyni vergi yığılır: "Lakin yaşayış obyektlərindən işıq, qaz, su ilə bağlı vergi bir dəfədirsə, digərlərindən üç qat vergi yığılır. Ona görə bu tətbiq də bələdiyyələrdə olmalıdır ki, onların da maliyyə imkanları genişlənsin, gələcəkdə onlar da müvafiq addımların atılmasına xidmət göstərə bilsinlər"./unikal.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!