Qəbul imtahanlarının formatında dəyişiklik ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Qəbul imtahanlarının formatında dəyişiklik ola bilər

Sosial

21 Aprel 2020 13:00 741


“Qəbul imtahanlarının keçirildiyi formatda ola bilməsi sual altındadır. Bu da sanitar gigiyenik qaydalara uyğun keçirilməlidir”.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

M.Abbaszadə bu məsələ üzərində kollektivlərinin ciddi işlədiyini bildirib: “Onlar çalışırlar ki, mövcud şərait imtahanın keçirilməsinə əlavə təsir göstərməsin”. pizza sifarişi

DİM sədri xatırladıb ki, 1993-cü ildə imtahanlar payız ayında keçirilmişdi: “Düzdür, həmin vaxt ayrı şərait idi. Düşmənlərimiz təhsil sisteminin düzgün qurulmasına imkan vermirdi. Amma indi vəziyyət daha mürəkkəb məsələdir. Hesab edirəm ki, xalqımız bu vəziyyətdən sağlam şəkildə çıxa biləcək”. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!