Qəbula gələnlər Prezidentə təşəkkür etdi – Abşeronda

saytların hazırlanması

Evə çatdırılma

Qəbula gələnlər Prezidentə təşəkkür etdi – Abşeronda

Sosial

13 Yanvar 2020 09:56 1084


“Abşeronda bütün problemlər surətlə həll olunur. Buna görə cənab Prezident İlham Əliyevə təşəkkür edirik”.

"Yeni Sabah"a daxil olan məlumata görə, bu fikirlər Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın keçirdiyi qəbulda vətəndaşlar tərəfindən səsləndirilib. Qeyd  edək ki, bu gün Rayon İcra Hakimiyyətinin binasında sakinlərin fərdi şəkildə qəbulu keçirilib. Qəbulda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ümumilikdə 60-a yaxın rayon sakini iştirak edib. 

Şəhid ailələri onlara icra hakimiyyətinin qapısının açıq olduğunu, hər gəlişlərində RİH başçısı tərəfindən qəbul edildiklərini qeyd ediblər.  Marqarita pizza

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilib və həlli istiqamətində müvafiq addımlar atılıb. 

Qeyd edək ki, vətəndaşlar tərəfindən səsləndirilən müraciətlər əsasən işlə təmin olunma, sosial problemlər, mübahisəli torpaq məsələsi və digər suallar barəsində olub. Onlardan böyük bir qismi yerindəcə həl olunub. Digər problemlərin həlli isə aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!