Qəddafinin oğlu həbsdən azad edildi

saytların hazırlanması

Evə çatdırılma

Qəddafinin oğlu həbsdən azad edildi

Dünya

07 Noyabr 2025 00:17 533


Liviyanın Milli Birlik Hökuməti 6 noyabr tarixində 2015-ci ildə Beyrutda həbs edilən ölkənin sabiq lideri Müəmmər Qəddafinin oğlu Hannibalın azadlığa buraxıldığını elan edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Livan 24" xəbər portalı məlumat yayıb.

"Livan hakimiyyəti mərhum Liviya lideri Müəmmər Qəddafinin (1969-2011) oğlu Hannibal Qəddafini həbsdən azad etdi və ona tətbiq edilən səfər qadağasını ləğv etdi”, - məlumatda deyilir. Toyuqlu pizza

Livan məhkəməsi Hənnibal Qəddafini əvvəlcədən müəyyən edilmiş 11 milyon dollarlıq girovu ödəməkdən azad edib./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!