“Gənclərin Dinlərarası 10-cu Beynəlxalq Forumunun iştirakçıları Dərbəndin Narın-Kala qalasında “Z” hərfi şəklində Müqəddəs Georgi lentini açıblar”.
Moderator.az Dağıstan mediasına İstinadla xəbər verir ki, bu haqda Dağıstan Humanitar İnstitutunun mətbuat xidməti məlumat yayıb.
Söhbət Azərbaycanın 1796-cı ildə Rusiya imperiyası tərəfindən işğal edilmiş qədim Dərbənt şəhərinin müdafiə qalasının iç hissəsi olan Narın-Qaladan gedir. Sezar pizza
Xəbərdə tədbir iştirakçılarının “Z” formasında Georgi lentinin bu qədim qalada açılmasının Putin Rusiyasının Ukraynanı bütövlükdə işğal etmək məqsədi güdən “xüsusi əməliyyatı”na dətsək vermək olduğu bildirilir.
“Forum üzvlərinin fikrincə, onlar təkcə gənclər arasında terror təzahürləri ilə deyil, həm də hər hansı qeyri-insani hərəkətlərlə, neonasist hərəkatları ilə razılaşmayıb, xüsusi əməliyyat zonasında, cəbhə xəttində olan bütün hərbi qulluqçulara dəstək vermək istəyiblər.
İştirakçı Maqomed Omarovun vurğuladığı kimi, “belə aksiyalar müxtəlif millətlərin və etiqadların gənclərini müsbət və konstruktiv iş görmək üçün birləşdirir. Məhz bu forum bizim bir ailə olduğumuzu, vətənimizin bir olduğunu açıq şəkildə göstərir”.
“Bütün ənənəvi dinlər sülh və harmoniya üçün dayanır. Biz hər hansı zorakılığın əleyhinəyik və bu aksiya ilə ölkəmizin ənənəvi təməllərinin heç nə ilə qırıla bilməyəcəyini göstərmək istədik”, - deyə digər iştirakçı Tamara Samadova bildirib”- xəbərdə belə deyilir.
Telegram kanalımız