Qədir Xəlilov vəzifədən azad edilib?

saytların hazırlanması

Evə çatdırılma

Qədir Xəlilov vəzifədən azad edilib?

Sosial

21 İyun 2025 11:04 1540


Gənclər Fondunun rəhbərliyində dəyişiklik edildiyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdəki məlumatlarda icraçı direktor səlahiyyətlərini müvəqqəti icra edən Qədir Xəlilovun uzun müddətdir işə getmədiyi və vəzifəsindən azad edildiyi bildirilib.

Modern.az xəbəri dəqiqləşdirmək üçün Gənclər Fondu ilə əlaqə saxlayıb.

Fondun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlilova saytımıza açıqlamasında məlumatı təkzib edib: pizza mizza

"Bununla bağlı rəsmi məlumat yoxdur. Belə bir addım atılsa, mətbuata məlumat verəcəyik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!