“Qəhrəmanlığa hazır olan xalqın torpağı 25 il işğal altında qalar?”

saytların hazırlanması

Evə çatdırılma

“Qəhrəmanlığa hazır olan xalqın torpağı 25 il işğal altında qalar?”

Siyasət

15 May 2019 19:57 1200


“BAXCP sədri Qüdrət Həsənquliyevin Qarabağ haqda fikirləri konteksdən çıxarılaraq sosial şəbəkə və mətbuatda yayırlar. Başlayıblar ki, Qüdrət bəy niyə deyib ki, xalqımız işğala son qoymaq üçün fədakarlıqlara və qəhrəmanlığa hazır deyil”.

“Yeni Sabah” xəbər verir ki, bunu BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, bildirib ki, Qüdrət Həsənquliyevin çıxışı məqsədli şəkildə təhrif olunur: “Əgər cəsarətləri varsa, Qüdrət bəyin çıxışının tam mətnini dərc etsinlər. İndi sizdən soruşuram: qəhrəmanlığa hazır olan xalqın torpağı 25 il işğal altında qalar?! 

Qüdrət Həsənquliyev söyləyib ki, işğala görə başqalarını ittiham etməyə son qoymalıyıq. Hər kəs özündən başlamalıdır. Qəhrəmanlıq etmək istəyən xalq öz hökumətini də müharibəyə məcbur edər, yaxud müharibə istəyənlərdən hökumət formalaşdırar. Xalqımız bizim razı qalıb qalmamamızdan asılı olmayaraq iqtidarın sülh yolu ilə Qarabağ probleminin həlli siyasətini dəstəkləyir. Söhbət beş - on min müharibə tərəfdarından getmir.  Marqarita pizza

Ona görə "Qarabağa azadlıq" süarı ilə keçirilən son razılaşdırılmış mitinqə müxalifət partiyaları ilə yanaşı bəzi tanınmış iqtidar partiyası nümayəndələrinin də çağırış etməsinə baxmayaraq 3-5 mindən artıq adam gəlməmişdi. Onların da çoxu peşəkar səviyyədə siyasətlə məşğul olub hakimiyyətə gəlmək istəyən şəxslər idi. İqtidar da xalqın müharibə istəmədiyini, onun Qarabağ siyasətini dəstəklədiyini görüb risk etməyərək sonu görünməyən 25 illik danışıqlar siyasətini dəyişmir. 

Qüdrət bəy də deyir ki, Qarabağı azad etmək üçün sağlamlığı,fiziki hazırlığı olan, hərb sənətini sevən insanlardan peşəkar ordu qurmaq lazımdır. Xalqımızı boş - boşuna tərifləmək əvəzinə ona yüksək ali dəyərlər aşılamalı ,onu müharibəyə hazırlamalıyıq. Bəs, siz nə deyirsiniz?!”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!