Qəhvə sevənlər diqqət – Bu saatlarda...

saytların hazırlanması

Evə çatdırılma

Qəhvə sevənlər diqqət – Bu saatlarda...

Maraqlı

20 Fevral 2024 17:04 1820


Qəhvə həm zövq verir, həm də zehni fəaliyyəti gücləndirdiyi üçün enerjimizi yüksək səviyyədə saxlamağa kömək edir. Bütün dünyada ictimai və mədəni həyatın formalaşmasında mühüm rola malikdir. Lakin mütəxəssislər bu içkini içmək üçün müəyyən saatların daha faydalı olduğunu vurğulayırlar.

Yenisabah.az xəbər verir ki, yuxu mütəxəssisi Dr. Deborah Li oyanan kimi və ya yatmazdan altı saat əvvəl qəhvə içməmək lazım olduğunu açıqlayıb.

O bildirib ki, səhər qəhvəsi içmək üçün ən yaxşı vaxtın səhər 10 və ya ən erkən, səhər oyandıqdan 45 dəqiqə sonradır. pizza

Qeyd olunur ki, oyandığınız zaman stress hormonu olan kortizolun səviyyəsi ən yüksək həddə çatır. Bu, sayıqlığı və diqqəti artırır, həmçinin maddələr mübadiləsini və immunitet sistemini tənzimləyir. Yüksək kortizol səviyyələri immunitet sisteminizə təsir edə bilər və oyandığınız zaman artıq pik həddə çatırsa, gözləriniz açılan kimi qəhvə içmək xeyirdən daha çox zərər verə bilər və hətta sizi uzun müddət kofeinə qarşı asılı edə bilər.

Bundan əlavə, daha yaxşı bir gecə yuxusu üçün, xüsusən də gecə yuxuya getməkdə çətinlik çəkənlərə yatmazdan ən azı altı saat əvvəl qəhvə içməyi dayandırmaq tövsiyə olunur.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!