Qələbə komandanın hər üzvünə 10 min manat qazandıracaq

saytların hazırlanması

Evə çatdırılma

Qələbə komandanın hər üzvünə 10 min manat qazandıracaq

İdman

08 Oktyabr 2020 11:07 1145


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Yenisabah.az xəbər verir ki, yığmamız AVRO-2021-in seçmə mərhələsində Slovakiya ilə qarşılaşacaq.

Komandamız Nitra şəhərində tsiklin 8-ci matçına çıxacaq. Final mərhələsinə yüksəlmək şansları nəzəri olan Milan Obradoviçin yetirmələrinin ümidləri Slovakiyada bitə bilər. Marqarita pizza

İstənilən xal itkisi möcüzənin reallaşmayacağını rəsmiləşdirəcək. Bakıda rəqibinə 2:1 hesabı ilə qalib gələn millimiz hazırda qərarlaşdığı 4-cü pillədə qalmaq üçün uduzmamalıdır. Revanş arzusunda olan meydan sahibləri isə turnir cədvəlində irəliləməyi hədəfləyib.

AFFA öz üzərinə düşəni edib, gənclərə motivasiya verib. Səfərdə əldə olunacaq 3 xal kollektiv üzvlərinə 10000, heç-heçə 5000 manat qazandıracaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!