“Qələbə” və “Yaddaş Yolu” muzeylərindən   FOTOSESSİYA

saytların hazırlanması

Evə çatdırılma

“Qələbə” və “Yaddaş Yolu” muzeylərindən FOTOSESSİYA

Mədəniyyət

21 Aprel 2021 14:09 3103


Bakıdakı Hərbi Qənimətlər Parkı kimi dünyada oxşar parklar, muzeylər çoxdur. Moskvadakı 1941-45-ci illər Böyük Vətən müharibəsinə həsr olunmuş “Qələbə” muzeyi, açılışı ötən il təmtəraqla qeyd olunan Rusiya Silahlı Qüvvələrinin “Yaddaş Yolu” muzeyi də onlardan ikisidir.

Yenisabah.az xəbər verir ki, dünyanın ən böyük hərbi-tarix muzeylərindən biri olan Moskvadakı “Qələbə” muzeyi “Poklonnaya Qora”da yerləşir.

Bu muzey 26 ildir, fəaliyyət göstərir. Açılışında 55 dövlət başçısının iştirak etdiyi muzey kompleksi Böyük Vətən müharibəsi və İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 50 illiyinə həsr olunub. pizza

Muzey Vətən müharibəsi illərində Sovet əsgərlərinin göstərdiyi qəhrəmanlıq və şücaəti əbədiləşdirmək üçün hazırlanmış xatirə kompleksidir. Muzey elmi, mədəni və maarifləndirmə işləri aparır, gənclərin, xüsusi ilə də məktəblilərin və tələbələrin vətənpərvərlik tərbiyəsi üçün tədbirlər təşkil edir.

Açılışı ötən ilin yayında baş tutan Rusiya Silahlı Qüvvələrinin “Yaddaş Yolu” Muzeyi isə Moskva vilayətinin Odintsovo rayonunda yerləşir. Rusiya Silahlı Qüvvələrinin “Patriot” hərbi vətənpərvərlik parkında inşa olunan "Yaddaş Yolu" muzeyi dünyada analoqu olmayan sadəcə muzey və ya memorail kompleks deyil, canlı tarix qalereyasıdır.

1418 addım uzunluğunda, 35 zaldan ibarət muzey faşizm üzərində Qələbədə payı olan insanların talelərini və adını, dəhşətli müharibənin hər gününün xatirəsini qoruyub saxlayır. Muzeyin ən maraqlı hissəsi isə Adolf Hitlerin kiteli, furajkası və İtaliya faşistlərinin lideri Mussolinin ona bağışladığı qlobusun sərgiləndiyi bölümdür. Hərbi qənimətlərin sərgiləndiyi bu bölümdə faşist əsgərlərinin hərbi geyim növləri, silah-sursatları, dəbilqələri, onların məğlubiyyətini əks etdirən illüstrasiyalar nümayiş olunur.  

APA-ya istinadla hər iki muzeydən görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!