Azərbaycanlı cüdöçu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Yenisabah.az xəbər verir ki, 66 kq çəki dərəcəsində mübarizə aparan Orxan Niderland, Gürcüstan və Monqolustan təmsilçilərinə qalib gələrək yarımfinala çıxıb. Həmin mərhələdə o, rusiyalı Yakub Şamilova uduzub. Daha sonra 3-cü yer uğrunda Özbəkistan nümayəndəsi Sardor Nurillayevlə qarşılaşıb və qalib gəlib.
Orxan Səfərov qələbəsini əsgər salamı verərək qeyd edib. İdmançı rəsmi “Instagram” hesabında bu qələbəni ordumuza və şəhidlərimizə həsr etdiyini vurğulayıb: pizza sifarişi
“Ölkəmiz üçün bu ağır və şərəfli dönəmdə uzun aradan sonra ilk medalımı qazandım. Bu qələbəmi ordumuza və şəhidlərimizə həsr edirəm. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!”
Telegram kanalımız