Ağıllı cihazlar bir çox sahələrdə həyatı asanlaşdırsa da, bəzən ənənəvi üsulların üstünlüklərini də yox edir. Əldə qələm tutaraq yazmağın yerini sensor ekranlar və ya klaviaturalar alıb.
Yenisabah.az xəbər verir ki, Norveçdə yazının faydaları ilə bağlı aparılan araşdırmalar qələm tutaraq yazmağın beynin daha yaxşı işləməsini təmin etdiyini isbatlayıb.
Bu ölkənin Elm və Texnologiya Universiteti rəqəmsal vərdişlərin koqnitiv bacarıqlarımıza necə təsir etdiyi ilə bağlı araşdırma aparıb. Keçən ay dərc edilən araşdırma nəticələri bu təsirin mənfi ola biləcəyini göstərir. pizza mizza
Türkiyəli klinik-neyropsixoloq İnci Birioğlunun sözlərinə görə, tədqiqat çərçivəsində 36 universitet tələbəsinə bəzi sözlər təqdim edilib və onlardan bunları əvvəlcə qələm, sonra isə klaviatura ilə yazmaları istənilib. Hər iki yazı hərəkəti zamanı tələbələrin beyin elektrik fəaliyyətləri EEG cihazı ilə qeydə alınıb:
Əllə yazmağın beyində klaviaturada yazmaqdan daha çox sahələri aktivləşdirdiyi, diqqət və öyrənmə bandı olan teta/alfa nisbətinin xüsusilə mərkəzi nahiyələrdə və parietal lobda daha yüksək olduğu müşahidə edilib.
Başqa sözlə, əllə yazmaq beynin daha çox nahiyəsini məşq etdirir. Yəni ənənəvi yazı modeli diqqətin uzadılmasına, məlumatın uzunmüddətli yaddaşda daha geniş ərazilərdə saxlanmasına kömək edir. Qələmi sağ əllə tutmaq, müxtəlif həndəsi birləşmələrdən ibarət hərfləri yazmaq, durğu işarələrindən istifadə etmək beynimizin ən mühüm elementlərindən biri olan somatosensor rəyi təmin edir. Bədən hissi mənasını verən bu birləşmənin diqqət, yaddaş, dilin tanınması və istifadəsi kimi bir çox idrak funksiyaları ilə sıx əlaqəsi var. Klaviaturada və ya telefon ekranında yazmaq motor hərəkətləri tələb etməyən təkrarlanan və kobud motor hərəkətini ehtiva edir”.
Əsmətxanım
Telegram kanalımız