“Qələt edib banka girdim, maşınımı əlimdən alacaqlar“   – Səidə Sultan

saytların hazırlanması

Evə çatdırılma

“Qələt edib banka girdim, maşınımı əlimdən alacaqlar“ – Səidə Sultan

Şou

02 İyul 2020 11:00 2798


Müğənni Səidə Sultan kreditini ödəyə bilmədiyini deyib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkədə canlı yayım açan ifaçı pulu ödəyə bilmədiyini, bankın ona güzəştə getmədiyini deyib:

"Əvvəl iş var idi, hər ay kreditimi ödəyirdim. Hər ay 530 manat kredit verməliyəm, ödəyə bilmirəm. Bezdiriblər... Getdim banka, dözə bilmirdim. Az qalsın dava edəcəkdim. Deyirəm ki, vaxt verin, sentyabra qədər dondurun. İşim açılanda verəcəm. Deyirlər ki, olmaz, elə şey yoxdur".  Pepperoni pizza

Xanım müğənni borcunu verə bilməsə maşınının əlindən alınacağını da qeyd edib: "Qələt edib banka girdim. Kimə müraciət edim, kim üçün ağlayım. Uzağı adıma bir maşın var, gəlib əlimdən alacaqlar".

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!