Qənirə Ataşova daha bir həkimi ifşa etdi: Səhiyyə Nazirliyi bu həkimə necə icazə verib?

saytların hazırlanması

Evə çatdırılma

Qənirə Ataşova daha bir həkimi ifşa etdi: Səhiyyə Nazirliyi bu həkimə necə icazə verib?

Sosial

25 Aprel 2025 12:26 7591


ABŞ-da yaşayan tanınmış jurnalist Qənirə Ataşova daha bir diplomu olmayan həkim barədə şok faktlar açıqlayıb. 

“Yeni Sabah” xəbər verir ki, Qənirə Ataşova özünü həkim kimi təqdim edərək cərrahi əməliyyatlar həyata keçirən VMR Estetik Klinikasının baş həkimi Gülsüm Əliyevanın görüntülərini yayıb. Jurnalistin Səhiyyə Nazirliyinə ünvanladığı müraciəti diqqətinizə çatdırırıq.

“Bu video düşünürəm ki, Səhiyyə Nazirliyini və hüquq mühafizə orqanlarını ciddi şəkildə düşündürməlidir.  Pepperoni pizza

Hörmətli Səhiyyə Naziri, cənab Teymur Musayev.

Heç bir tibbi təhsili olmayan Gülsüm Əliyevanın insanlara liposaksiya əməliyyatı etməsinin görüntülərini bir həkim kimi necə qiymətləndirirsiniz?

Tibbi savadı olmayan bir şəxsin insan bədəninə cərrahi müdaxilə etməsi mümkündürmü? Bura Azərbaycandır, bura Bakıdır, bura VMR Estetik Klinikasıdır. Bu klinikaya lisenziya verən məhz Səhiyyə Nazirliyidir. İndi özünü kosmetoloq kimi mətbuata göstərməyə çalışır. Diplomsuz kosmetoloq həm də əməliyyat edə bilir Azərbaycanda! 

Başqa bir sual Gəncədə liposaksiya əməliyyatından sonra ölən Gülbəniz Bayramovanı kim əməliyyat etmişdi?”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    BELƏ BİABIRÇILIQ OLAR? ƏSİL DƏRƏBƏYLİKDİR. SƏHİYYƏ ORQANLARINA NİYƏ SAHİB ÇIXAN YOXDUR?
    1 year ago
  • Mahmud
    Səhiyyə Nazirliyi ləğv olunmuş Azərbaycan Beynəlxalq Unoversiteti bitirən geydirmə həkimləri araşdırsın, niyə yatıblar axı mən bilmirəm. Bu geydirmə həkimlər necə sertifikasiya imtahanından keçirlır, rüşvət verərək əlbəttə, onlarda savadlı deyilən baş yoxdur. Millətin axırına çıxdı bu şərəfsiz yığnağı, nə vaxt tədbir görüləcək. Siyəzən rayonunda oranı bitirən Ginekoloq Aynur geydirmə həkim düz 10-dan çox gəlini öldürüb və 100 dən çox uşağı öldürüb və şikəst edib. İndidə şöbə rəisidir. Tfu sizin vicdanınıza!
    1 year ago