Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva seçildiyi 105 saylı seçki dairəsində yaşayan Qarabağ müharibəsi əlilləri və onların ailələri üçün lazım olan bütün virusdanqoruyucu tibbi ləvazimatları göndərib.
Yenisabah.az xəbər verir ki, bu barədə deputatın köməkçisi İlqar Kərimov məlumat verib.
O bildirib ki, günün sonuna qədər 105 saylı Tovuz seçki dairəsini əhatə edən kəndlərdəki Qarabağ əlillərinə bu hədiyyələr çatdırılacaq. pizza hut
İ.Kərimov onu da qeyd edib ki, tibbi qoruyucu vasitələrlə bərabər, ərazidəki Qarabağ əlilləri ailələrinin hər birinə ərzaq yardımı da edirlər. (Modern.az)
Telegram kanalımız