Qənirə Paşayevanın büstünün müəllifindən tənqidlərə cavab

saytların hazırlanması

Evə çatdırılma

Qənirə Paşayevanın büstünün müəllifindən tənqidlərə cavab

Sosial

19 May 2025 22:24 382


Mərhum deputat Qənirə Paşayevanın büstünün müəllifi, heykəltəraş Elxan Zeynalov tənqidlərə cavab verib.

Yenisabah.az xəbər verir ki, heykəltəraş Teleqraf-a açıqlamasında tənqidlərlə razı olduğunu bildirib.

E.Zeynalov deyib: "Mən tənqidləri qəbul edən biri kimi onu deyə bilərəm ki, bəli, Qənirə xanım daha gözəl idi. Bunu deyənlərə "Var olun" deyirəm. Amma o, aktrisa, şou-biznes əhli deyildi. Hər şeydən öncə siyasi xadim idi. Ona görə də Qənirə xanıma həsr etdiyim büstü bu qədər sadə göstərdim. Bəli, saçlar açıq, bir az dalğalı, bir az da daş-qaş... amma onun ciddi və zəhmətkeş obrazını məhz bu cür təsəvvür etdim". Toyuqlu pizza

Qeyd edək ki, Qənirə Paşayeva 2023-cü ildə vəfat edib. O, ll Fəxri Xiyabanda dəfn edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!