Qərar verildi: Ronaldo yola salınır

saytların hazırlanması

Evə çatdırılma

Qərar verildi: Ronaldo yola salınır

İdman

04 Oktyabr 2022 12:10 1064


“Mançester Yunayted” klubu ulduz futbolçusu Kristiano Ronaldo ilə yollarını ayırmağa hazırlaşır. 

Aut.az xəbər verir ki, klub rəhbərliyi bunu baş məşqçi Erik ten Haqın istəyi əsasında reallaşdıracaq. Niderlandlı mütəxəssis planlarında yer almaya Ronaldonun mövsümün sonunda deyil, daha tez göndərilməsinin tərəfdarıdır. Bu səbəbdən “qırmızı şeytanlar” qış transfer pəncərəsində portuqaliyalıya gələcək təklifləri dəyərləndirməli olacaq.

İngiltərə mətbuatında yayılan xəbərlərə görə, komandanın hazırkı vəziyyətindən narahat olan rəhbərlik Kristiano üçün klub axtarışlarına başlayıb. Yayda ulduz futbolçunu komandada saxlamaq üçün əllərindən gələni edən “Mançester Yunayted”in funksionerləri bu dəfə onu mümkün qədər tez göndərməyə çalışırlar. Toyuqlu pizza

Qeyd edək ki, Ronaldo bu mövsüm MY forması ilə 6 oyunda cəmi 207 dəqiqə meydanda olub. O, bu müddət ərzində cəmi 1 dəfə fərqlənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!