“Qərb Ermənistana heç bir zəmanət verə bilməz”

saytların hazırlanması

Evə çatdırılma

“Qərb Ermənistana heç bir zəmanət verə bilməz”

Dünya

19 İyul 2025 15:04 364


Qərb Ermənistanın təhlükəsizliyini təmin edə, ona heç bir təminat verə bilməyəcək

Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan bildirib.

"Düşünmürəm ki, amerikalılar və ya avropalılar Ermənistanın təhlükəsizliyini təmin edə bilər. Sözdür, deyirlər. Qoy sənəd imzalasınlar. İmza atsınlar ki, bütün Avropa İttifaqı zəmanət verir", - o vurğulayıb. Dominos pizza

Abramyanın sözlərinə görə, indiyə qədər Qərb İrəvanı Rusiya hərbi bazasını bağlamağa çağırmaqla kifayətlənib:

"Deyirlər: "Əvvəlcə bazanı çıxarın, sonra fikirləşərik sizə hansı zəmanəti verək".

Abrahamyanın sözlərinə görə, reallıqda Qərb elitası yalnız anti-Rusiya siyasəti və müxtəlif ölkələrin liderlərinin bəyanatları ilə maraqlanır, lakin Qərb bunun müqabilində heç nə verə bilməz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!