Qərb İrəvanı KTMT-dən çıxmağa şirnikləndirir - Bortnikov

saytların hazırlanması

Evə çatdırılma

Qərb İrəvanı KTMT-dən çıxmağa şirnikləndirir - Bortnikov

Siyasət

04 Oktyabr 2024 11:45 517


Qərb ölkələri Ermənistan hakimiyyətini güzəştli silah tədarükü müqabilində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa çalışır.

Yenisabah.az xəbər verir ki, bunu FSB-nin direktoru Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, bu, Bakı ilə gələcək münasibətləri məsələlərində İrəvanı Şimali Atlantika Alyansından daha da asılı vəziyyətə salacaq. pizza hut

Bortnikovun fikrincə, NATO-nun dünyanın müxtəlif regionlarında vasitəçiliyinin bütün əvvəlki təcrübəsini nəzərə alsaq, blokun Cənubio Qafqazda möhkəmlənməsi regionda sabitliyə töhfə verməyəcək:

“Qərb İrəvanı Bakı ilə danışıqları ləngitməyə sövq etməklə, Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün “sülhməramlı” kontingentinin de-yure BMT-nin himayəsi altında və de-fakto NATO bayrağı altında yerləşdirilməsinə nail olmağa çalışır”.

O bildirib ki, Aİ-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilmiş müstəqil mülki müşahidə missiyası Rusiya və tərəfdaşlarımıza qarşı konkret NATO ölkəsinin maraqlarına uyğun kəşfiyyat fəaliyyəti aparır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!