Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

saytların hazırlanması

Evə çatdırılma

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təşəkkür etdi

Siyasət

06 İyul 2025 22:40 594


"3-4 iyul tarixlərində Azərbaycan Respublikasının Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi azərbaycanlıların qayıdışı məsələsini qaldırıb və bu məsələ sammitin yekunlarına dair Xankəndi Kommunikesində əks etdirilib".

Yenisabah.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.

Vurğulanır ki, sözügedən mötəbər formatda Qərbi Azərbaycan məsələsinin qaldırılması Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına beynəlxalq dəstəyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. pizza sifarişi

"Qərbi Azərbaycan İcması qayıdış məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəliyə gətirməsinə və bu məsələyə beynəlxalq aləmin birmənalı dəstəyini təmin etməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edir", - deyə bəyanatda qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!