“Qərbi Azərbaycana qayıdış” konsepsiyası təbliğ olunacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qərbi Azərbaycana qayıdış” konsepsiyası təbliğ olunacaq

Siyasət

03 İyun 2024 09:36 619


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Dialoq və İnkişaf Naminə İctimai Birliyi (DİNİB) “Qərbi Azərbaycana Qayıdış” adlı layihənin icrasına başlayıb.

Yenisabah.az xəbər verir ki, layihənin əsas məqsədi “Qərbi Azərbaycana Qayıdış” konsepsiyasını ictimaiyyətə təbliğ etməkdir. 3 ay davam edəcək layihədə vətəndaşların iştirakı ilə Naxçıvan, Gəncə və Qax şəhərlərində konfransların və müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Eyni zamanda, təşkilatın məqsədi layihə çərçivəsində dövlətin bu yöndə apardığı siyasətə ictimai birlik olaraq töhfə vermək, ictimaiyyət arasında maarifləndirmə işlərini aparmaq, yerli və beynəlxalq ictimaiyyətə təbliğ etmək, qayıdış prosesinə dəstək olmaqdır. pizza

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!