Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı? - Video

saytların hazırlanması

Evə çatdırılma

Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı? - Video

Siyasət

22 İyun 2023 21:10 1401


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.

Qərbi Azərbaycana açılan qapı” adlı süjetdə ikinci Qarabağ müharibəsindən sonra Qərbi azərbaycanlıların Ermənistan tərəfindən pozulan hüquqlarının bərpasının beynəlxalq normalar çərçivəsində təmin olunmasının vacibliyi vurğulanır.

Bildirilir ki, Qərbi Azərbaycanın yer adlarının yenidən rəsmi olaraq Azərbaycanda ilkin variantda yazmağa və deməyə başlaması erməniləri hürkütməklə yanaşı, soydaşlarımızın gələcəkdə yığcam yaşadıqları ərazilərə qayıtmasına yardım edə bilər: “Azərbaycanda adların əvvəlki şəkildə adlandırılmasından Ermənistanda indi narahat olmağa başlayıblar. İrəvan Dövlət Universitetinin kafedra müdiri Vardan Voskanyan rəsmi Bakının toponimlər probleminə ciddi diqqət yetirdiyindən bəhs edib. O, bu istiqamətdə baş verənləri “toponimlər müharibəsi” adlandırıb və bildirib ki, rəsmi Bakı bununla Qərbi Azərbaycan üçün açıq-aşkar qapı açır. Bu, az qala Ermənistan dövlətçiliyi, müstəqilliyi və təhlükəsizliyi üçün ciddi təhdiddir”. pizza hut

Daha ətrafllı sözügedən süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!