“Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıtmalarına beynəlxalq ictimaiyyət də kömək etməlidir”   - QHT sədri

saytların hazırlanması

Evə çatdırılma

“Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıtmalarına beynəlxalq ictimaiyyət də kömək etməlidir” - QHT sədri

Maraqlı

17 Fevral 2023 00:44 857


Tarixə nəzər salsaq görərik ki, azərbaycanlılar zaman-zaman öz dədə-baba yurdlarından qovulublar. Biz öz yurd-yuvamıza qayıtmalıyıq. Bu işdə bizə dünya ictimaiyyəti də yardım etməlidir.

Yenisabah.az xəbər verir ki, bunu Göyçə mahalının Basarkeçər rayonundan olan QHT sədri Səbuhi Abbasov söyləyib.

Qərbi Azərbaycan İcmasının yaranma zərurətinə toxunan Səbuhi Abbasov əlavə edib ki, qədim yurd yerlərinə qayıdışımız, tarixi ədalətin bərpa olunması, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsi məsələlərində dost ölkələrin dəstəyinə ehtiyac var. O vurğulayıb ki, bu günlərdə qardaş Türkiyənin Azərbaycandakı səfirinin Qərbi Azərbaycan İcmasına gəlməsinin özü də bir dəstəkdir. Beynəlxalq platformalarda zaman-zaman “Göyçə Azərbaycandır!”, “İrəvan Azərbaycandır” çağırışları edən S.Abbasov bu prosesin daha sistemli şəkildə aparılmasının vacibliyini qeyd edib. Qaçqın düşdüyü Göyçə mahalında hər iki valideyninin, babalarının anadan olduğunu vurğulayan QHT sədri deyib ki, həmin torpaqlar onun ata-baba yurdudur. Onun ATƏT-in yüksək səviyyələri konfranslarında “Göyçə Azərbaycandır!”, “İrəvan Azərbaycandır” kimi çağrışlarla çıxış etməsi isə insan hüquqları baxımından normal hesab olunmalıdır. Pepperoni pizza

S. Abbasov vurğulayıb ki, Azərbaycan xalqı İlham Əliyevin müdrikliyinə bələd idi, 44 günük savaşdan sonra dünya da Liderimizin əzmini, iradəsini gördü, hiss etdi. Bu mənada Qərbi azərbaycanlılar nə qədər tez öz doğma yurd-yuvalarına qayıtsalar, ermənilər üçün bir o qədər də faydalı olar. Əks halda, aqibət bizdən çox onlara və onların havadarlarına yaxşı məlumdur./AZƏRTAC


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!