Qərbin casus şəbəkəsi Ermənistanda: Sərhəddə təxribat gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Qərbin casus şəbəkəsi Ermənistanda: Sərhəddə təxribat gözlənilir

Rəsmi

24 Oktyabr 2022 12:47 1810


Aİ-nin Ermənistanda olan mülki missiyası narazılıq yaradıb. Belə ki, Ermənistanın daxilində və kənarda, xüsusilə də bu ölkə ilə həmsərhəd olan dövlətlərdə hesab edirlər ki, mülki missiya adlanan qrupda təmsil olunanların çoxu keçmiş hərbçi və xüsusi xidmət orqanlarının əməkdaşlarıdır. 

Bu isə təkcə Ermənistan deyil, qonşu dövlətlər üçün də təhlükə yaradır. Ermənistanın qonşusu olan ölkələrdə düşünürlər ki, mülki missiya adı altında regiona böyük bir casus şəbəkəsi gəlib.

Doğrudanmı, Aİ-nin mülki missiyası bir casus şəbəkəsidir? Dördpendirli pizza

Həmin casus şəbəkəsi Ermənistan- Azərbaycan sərhədində vəziyyəti gərginləşdirə bilərmi?

Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov iddiaları təkzib etməyib:

Siyasi analitik deyib ki, Aİ-nin göndərdiyi bu mülki missiya Praqa görüşündə müzakirə olunub və Azərbaycan onların öz ərazilərində yerləşməsinə icazə verməyib:

“Ehtiyac olduğu təqdirdə də onlarla əməkdaşlıq edəcəyini bildirib. Lakin Ermənistan təbii ki, onları öz ərazisində yerləşdirməyə çalışıb və buna da nail olub. Xüsusilə də bu məsələdə Fransanın aktiv rolunu görə bilərik.

Həmçinin də, həmin missiyanın tərkibindəkilər keçmiş hərbçilər və kəşfiyyatçılardır. Bu da o deməkdir ki, Fransanın Cənubi Qafqazla bağlı atdığı addımlar, bölgədəki destruktiv fəaliyyəti gərginliyin artırılması və geopolitik maraqların həyata keçirilməsi bu dövlətin Ermənistandan istifadə etməsi məsələsini gündəmə gətirir. Belə bir iddiaların müəyyən əsasları var”. 

Eskpert düşünür ki, mülki missiyanın fəaliyyəti çərçivəsində müəyyən qədər təxribatların olması mümkündür:

“Bu, gözləniləndir, çünki Ermənistanın son davranışı, bölgədə gedən proseslər, İranın Azərbaycan və Türkiyə sərhədlərində təlimlərə başlaması, Zəngəzur, konket olaraq isə Qafanda baş konsulluğunu açması, verilən bəyanatlar, Hindistanın Ermənistana silah satması, ABŞ Konqresinin nümayəndələrinin bölgəyə səfəri, ABŞ-ın regionla bağlı siyasətindəki ziq-zaqlar və gərginliyi artıracaq mesajlarının hamısı bu qəbildəndir”.

“O cümlədən biz Fransanın fəaliyyətini kənara qoyuruq. Çünki bu fəaliyyət başdan ayağa bölgədə eskalasiyanı yaratmaq, gərginliyi artırmaq və öz maraqlarını həyata keçirmək üçün təxribatlara getməkdən ibarətdir. Bu da artıq görünür. Ona görə də bu məsələdə təəccüblü, yaxud gözlənilməyən bir şey yoxdur”, - deyə politoloq yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!